“İsaak Hersoqun Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədik” Ərdoğan | Icm…
Yeniavaz saytına istinadən Icma.az xəbər verir. “Biz İsraillə münasibətləri kəsdik.
İsrail Prezidenti İsaak Hersoqun Bakıda keçirilən iqlim sammitinə getmək üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədik”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G20 sammiti çərçivəsində baş tutan mətbuat konfransında deyib.
“Bakıya başqa yollarla çatmaq olar. Onlardan istifadə etməsini dedik. Gedə bildi, ya yox, onu bilmirəm.
Amma biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və qoyacayıq”, - Ərdoğan deyib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Türkiyənin İsrail Prezidentinin təyyarəsinin sözügedən ölkənin hava məkanından keçməsinə icazə vermədiyinə dair məlumat yayılmışdı.
Azərbaycan mətbuatında dərc olunan məlumatlara görə, İsrail Prezidenti İsaak Hersoqun COP29 ərəfəsində Bakıya səfər etməməsinin səbəbi də məhz Türkiyənin bu qadağası olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu