Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Red Bull” komandasının fransalı pilotu İsak Hacar “Formula-1” üzrə Azərbaycan Qran-prisində qalib olmaq istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, 21 yaşlı pilot bunu yarış öncəsi keçirilən mətbuat konfransında deyib.
Biləyindəki zədə səbəbindən hazırlıq prosesinin çətin keçdiyini qeyd edən Hacar mübarizəyə qayıtdığı üçün məmnun olduğunu vurğulayıb:
“Biləyimdə zədə vardı. Bir neçə həftə müddətində bərpa olundum. Çətin oldu. İnsan belə anlarda tez geri qayıtmaq istəyir. Son bir neçə həftə mənim üçün məyusedici keçib. İndi isə mübarizəyə qayıtmaq yaxşı hissdir. Rəqiblərə qarşı mübarizələrdə qalib gəlmək istəyirəm”.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.