İsak Liverpul a zədə ilə qayıdır

28.09.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul”un hücumçusu Aleksandr İsak İsveç millisinin düşərgəsini zədə səbəbilə tərk edərək klubuna qayıdıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Liverpul"un rəsmi saytı yayıb.

Məlumata görə, 27 yaşlı futbolçunun yüngül zədə aldığı və beynəlxalq fasilə çərçivəsində İsveç millisinin keçirəcəyi daha üç oyunda iştirak etməyəcəyi bildirilib.

İsakın zədəsi ilə bağlı əlavə müayinələr “Liverpul”un tibbi heyəti tərəfindən aparılacaq.

İsveç millisinin baş məşqçisi Qrem Potter isə futbolçunun bud nahiyəsində kiçik problem olduğunu deyib. O, zədənin ciddi olmadığını, lakin sıx oyun qrafikinə görə İsakın qarşıdakı matçlarda iştirak edə bilməyəcəyini bildirib.

Aleksandr son olaraq İsveçin Millətlər Liqasında Rumıniyanı 1:2 hesabı ilə məğlub etdiyi görüşdə tam 90 dəqiqə oynayıb və komandasının ilk qolunu vurub.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью