İşarət dili bu kanallarda tətbiq olundu VİDEO | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC inklüziv media təşəbbüsü çərçivəsində AzTV, “İdman Azərbaycan” və “Mədəniyyət TV” kanallarında surdotərcümə sisteminin tətbiqinə başlayıb.
İlk mərhələdə “Mədəniyyət xəbərləri” və “İdman xəbərləri” proqramlarında işarət dili ilə tərcümə təqdim olunacaq.
Bu yenilik eşitmə və nitq məhdudiyyətli şəxslərin mədəniyyət və idman sahəsindəki ən son hadisələrdən xəbərdar olmalarını təmin edəcək.Qeyd edək ki, Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan istifadə etməklə fikirlərini ifadə etmə vasitəsidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu