İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

10.10.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 10 oktyabr, AZƏRTAC

“İsayas” qasırğası ABŞ-nin Florida ştatının Destin şəhəri yaxınlığında sahilə çatıb.

AZƏRTAC xəbər verir ki, ikinci kateqoriyalı qasırğa oktyabrın 9-da yerli Şərq vaxtilə 20:30 radələrində sahilə daxil olub. Qasırğanın mərkəzində küləyin sürəti saatda 105 milə (təxminən 169 kilometrə) çatıb.

Florida və Alabama ştatlarının sahilyanı ərazilərində on minlərlə sakin məcburi təxliyə göstərişinin əhatə dairəsinə düşüb.

Ölkənin cənubundakı bir neçə ştatda 500 mindən çox abonent elektrik enerjisiz qalıb.

Bu, 2024-cü il oktyabrın 9-da Florida ştatının Tampa şəhərinin cənubunda sahilə çatan üçüncü kateqoriyalı “Milton” qasırğasından sonra ABŞ-də qeydə alınan ilk qasırğa səviyyəli sahilə çıxma hadisəsidir. Həmin vaxt küləyin sürəti saatda 193 kilometrə çatmışdı.

“İsayas” 2026-cı ilin Atlantik mövsümündə indiyədək qeydə alınmış ilk və yeganə qasırğadır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью