İSB yə daxil olan şikayətlər azalıb

27.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İcbari tibbi sığorta çərçivəsində müraciətlərin azalması əsasən vətəndaşların daha çox məlumatlandırılması və xidmət keyfiyyətinin yaxşılaşması ilə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib. 

Sədr qeyd edib ki, əvvəlki dövrlərdə müraciətlərin böyük hissəsi narazılıq və şikayət xarakterli olub. Lakin illər keçdikcə vətəndaşların icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsi artıb, sualların təkrar-təkrar ünvanlanmasına ehtiyac azalıb. Eyni zamanda şikayətlərin sistemli şəkildə araşdırılması və problemlərin operativ həlli ümumi müraciət sayına da təsir göstərib.

Onun sözlərinə görə, hazırda ümumi müraciətlərin təxminən 15 faizi şikayətlərdən ibarətdir. 

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью