İşçi qıtlığ: Rusiya əfqanlılarla doldurulacaq

03.02.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya artan işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq məqsədilə Əfqanıstandan da miqrant işçilərin gətirilməsi ilə bağlı danışıqlar aparır.

"Cebheinfo.az" xəbər verir ki, Əfqanıstanın Moskvadakı səfiri Gül Həsən TASS-a verdiyi açıqlamada tərəflər arasında müzakirələrin davam etdiyini və müsbət nəticələr gözlədiklərini bildirib.

Həsən Əfqanıstanın Rusiyaya gənc, ixtisaslı və peşə bacarıqlarına malik işçi qüvvəsi təqdim etməyə hazır olduğunu qeyd edib.

Danışıqlara paralel olaraq iki ölkə arasında hava nəqliyyatının genişləndirilməsi də gündəmdədir.

Səfir "Kam Air"-in Kabil–Moskva marşrutu üzrə birbaşa uçuşlara başlamağı planlaşdırdığını, reyslərin yaxın vaxtlarda işə düşə biləcəyini ifadə edib. Hazırda iki paytaxt arasında həftədə bir dəfə birbaşa uçuş həyata keçirilir.

Rusiya ötən il Əfqanıstandakı “Taliban” rəhbərliyini terror təşkilatları siyahısından çıxarmış, daha sonra İslam Əmirliyini rəsmən tanıyan ilk ölkə olmuşdu.

Moskva bu addımdan sonra enerji, nəqliyyat, kənd təsərrüfatı və infrastruktur sahələrində əməkdaşlıq potensialına diqqət çəkmişdi.

Ukraynadakı xüsusi hərbi əməliyyatdan sonra Rusiyada ciddi kadr çatışmazlığı yaranıb. Ali İqtisadiyyat Məktəbinin məlumatına görə, iqtisadiyyatda təxminən 2,6 milyon işçiyə ehtiyac var.

Bu kəsirin 2030-cu ilə qədər 3,1 milyonu keçəcəyi proqnozlaşdırılır. Son vaxtlar Rusiya xüsusilə Hindistandan işçi cəlb etməyə yönəlib və 2025-ci ildə Hindistan vətəndaşlarına verilən iş icazələrinin sayı 56 mini keçib.

Rəsmilər, həmçinin Çin, Malayziya, Banqladeş və Afrika ölkələrindən də işçi qüvvəsi cəlb etməyi planlaşdırırlar. Əfqanıstan isə son vaxtlar bu siyahıya daxil edilən yeni ölkələr arasındadır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью