İşçilər işinə qaytarıldı, 423 minlik maaşları ödənildi

22.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Yanvar-iyun ayları dövründə 57 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. pizza hut

İşəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 422 818 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Həmin vəsaitin ödənilməsi təmin olunub. Bu vəsaitlərin 92 faizi əməkhaqqı, 8 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью