İşçilərə sınaq müddəti üçün az maaş verənlərin DİQQƏTİNƏ

22.01.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Sınaq müddətinin müəyyənləşdirilməsi qanunvericiliklə konkret hallarda və müddətlərlə tənzimlənir. 

Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu hallarda əmək müqaviləsinin müddətindən və ya müddətsiz olmasından asılı olaraq dəyişmir:

"Həmin hallar elektron müstəvidə tam olaraq avtomatik şəkildə yoxlanılır. Sınaq müddəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə ödəniş verilməsi ümumiyyətlə mümkün deyil. Hazırda sistem buna icazə vermir".

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью