İşçilərə XƏBƏRDARLIQ: Bu məbləğdən vergi tutulacaq

08.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya alan işçilərdən gəlir vergisinin tutulması qaydası açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kompensasiya ödənilərkən hər bir iş ili üzrə məbləğ ayrıca gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Qeyd olunub ki, cari iş ili üzrə istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya da həmin ayın əməkhaqqına əlavə edilmədən ayrıca vergiyə cəlb olunur. Dördpendirli pizza

Gəlir vergisinin hesablanması zamanı isə hər bir iş ili üzrə ayrıca hesablanmış kompensasiya məbləğindən 200 manat güzəşt çıxılır.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью