Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bütün motivasiya əslində daxili motivasiyadır. Rəhbərin əsas vəzifəsi özünün xarici motivasiyasını kollektivin daxili motivasiyası ilə uyğunlaşdırmaqdır. Bunun üçün müxtəlif yanaşmalar mövcuddur.
Lent.az işçilərin motivasiyası üçün ən çox istifadə olunan 10 üsulu təqdim edir:
şifahi tərif və təşəkkür;
çevik iş qrafiki;
hər bir işçiyə adı ilə müraciət edilməsi;
yadda qalan fərqləndirmə və mükafatlar;
rəhbərin işçilərlə şəxsi görüşləri;
əməkhaqqının uyğun səviyyədə olması;
vəzifə üzrə yüksəliş imkanı;
növbədənkənar istirahət günü.
Müasir dövrdə rəhbərlər tez-tez qeyri-ənənəvi motivasiya üsullarından da istifadə edirlər. Məsələn, SpaceX şirkətinin qurucusu və baş direktoru İlon Mask əməkdaşlarına motivasiyaedici məktublar yazır, bu məktublarda məhsuldar fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirir.
MDB ölkələrində isə bu cür qeyri-adi motivasiya üslubuna çox vaxt inanılmır. Halbuki məhz bu üsullar ən uğurlu nəticələr verir. Aparılan çoxsaylı sorğulara əsasən, işçilər şirkətlərdə aşağıdakı imkanların olmasını üstün tuturlar:
pulsuz qəhvə;
istirahət (relaks) otağı;
işçilər üçün mətbəx;
masaj funksiyalı kreslolar;
televiziya izləmək üçün otaq;
trenajor zalı.
Təcrübədə bu cür yanaşmalar maksimum effekt verir.
Çoxsaylı real nümunələr qeyri-maddi motivasiyanın gücünü sübut edir. Onlardan bəziləri xüsusilə diqqətçəkəndir.
Yaponiyada satış günlərində iş saatları qısaldılır.
Walt Disney şirkəti isə yenilik edərək vəzifələrə kreativ adlar verib ki, bu da işçilərin statusunu yüksəldir.
Rusiyada “administrator” vəzifəsi “kafenin sahibi” kimi adlandırılıb.
Dünyaca məşhur “Vim-Bill-Dann” şirkəti işçiləri istirahətə təşviq etmək üçün maraqlı üsul tətbiq edib. Şirkət əməkdaşlarına “bonus” təklif edir: işçi Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyətə çıxmalı və bu müddətdə evdə olmadığını sübut etməlidir. Bu bonus əsasən rəhbər vəzifələrdə çalışanlara və çevik qrafiki olan əməkdaşlara şamil olunur. Çünki bir çoxları fasiləsiz işləyir və məzuniyyətdən istifadə etmir ki, bu da sağlamlığa mənfi təsir göstərir. Bəzi işçiləri istirahətə məcbur etmək isə demək olar ki, mümkün deyil. Bir çox mağazalar əməkdaşlarını xəstəlik vərəqəsi götürmədiklərinə görə maddi şəkildə stimullaşdırır. Məsələn, iki il ərzində xəstəlik vərəqəsi almayan işçilər mükafatlandırılıb. İstənilən motivasiyanın əsasında korporativ ruh və müsbət emosiyalar dayanır. Məhz bunlar şirkətin inkişafı üçün güclü hərəkətverici qüvvəyə çevrilir.