Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıtda yerləşən “Qold Qayalı” marketin anbarından külli miqdarda oğurluq olub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər “Qold Qayalı”nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan iki nəfər olub.
Təqsirləndirilən şəxslər anbardan 104.920 manat dəyərində siqaret oğurlayıblar.
Məıum olub ki, oğurluğa rəhbərlik edən təsərrüfat müdiri mağaza müdirinin yaxın qohumudur. O, 2019-cu ildən həmin mağazada çalışıb.
Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham olunan təqsieləndirilən şəxslərdən məhkəmədə hökm oxunub. Onlardan biri 6 il 6 ay, digər ikisi isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Qayalı” mağazalar şəbəkəsinin sahibi İdris Quliyevdir.