İşçilərin sayı dövlət sektorunda azalıb, özəl sektorda artıb

14.05.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu ilin aprelin 1-nə olan sonuncu rəsmi məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 774,9 min nəfər olub.
Yeniavaz.com
 xəbər verir ki, muzdla çalışan işçilərin 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda işləyənlərin sayı 19,7 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 45,7 min nəfər artıb.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью