Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Tanınmış rusiyalı reper Ciqan (əsl adı Denis Ustimenko-Vaynşteyn - red.) Moskva vilayətində evində atışma törətdikdən və öz işçilərini girov götürdükdən sonra müalicə almaq üçün İsraildə elit reabilitasiya klinikasına yollanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, insident iyul ayında baş verib.
Şahidlərin sözlərinə görə, reper həmin an sərxoş vəziyyətdə olub.
Belə ki, əlində pnevmatik silah olan Ciqan işçilərini qonaq otağında toplayıb. Ətrafındakı hər kəsi düşmən elan edən reper hamının onun ölümünü arzuladığını söyləyib. O, işçilərdən cinayətlərini etiraf etmələrini tələb edib. Artist mühafizəçilərdən birini pedofiliyada ittiham edib, onu etiraf etməyə məcbur edib, sonra isə pnevmatik silahdan atəş açaraq həmin şəxsi əlindən və ayağından yaralayıb. Ciqan işçilərini təxminən 10 saat ərzində evdə girov saxlayıb, bu müddətdə onun uşaqları gizlənərək baş verənlər barədə analarına, bloqer Oksana Samoylovaya məlumat veriblər. Nəticədə həmin vaxt İtaliyada olan Samoylova təcili olaraq hadisə yerinə gəlib. Evin yerləşdiyi kottec qəsəbəsinin mühafizəsi və reperin dostları da əraziyə gəliblər. Reper yaxalanıb və müalicə alması üçün İsrailə göndərilib.
Zərərçəkənlər polisə şikayət etməyiblər.
Hazırda Ciqan İsraildə müalicə kursu keçir. Müalicənin dəyəri təxminən 2 milyon rubl (təxminən 40 min AZN) qiymətləndirilir. Əgər mütəxəssislər daha ciddi problemlər aşkar etsələr, reabilitasiya müddəti uzadıla bilər.
Reperin yaxın ətrafı hesab edir ki, müalicə kursu və İudaizmə maraq Ciqanın Oksana Samoylova ilə barışmaq və ailəni bərpa etmək cəhdi ola bilər.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında ailə həyatı quran Ciqan və Oksana Samoylova bu ilin aprel ayında boşanıblar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.