Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mebel fabrikasında bədbəxt hadisə baş verib.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, 51 yaşlı Vedat Sarıkaya ağac kəsimi aparılan dəzgahda işləyərkən başını mexanizmə sıxıb.
Ağır xəsarət alan işçi xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib. Hadisə ilə bağlı jandarma araşdırma başladıb.