Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Unimetal MMC-yə məxsus istehsalat müəssisəsində baş verən bədbəxt hadisə nəticəsində işçi ağır xəsarət alıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şirkətin Abşeron rayonununun Məhəmmədi kəndində yerləşən istehsalat kompleksində baş verib.
İstehsalat müəssisəsində çalışan Çingiz Babayevin əli aparatda qalıb. Nəticədə onun üç barmağı amputasiya olunub.
İşçinin çalışdığı aparatın kustar üsulla hazırlandığı və sertifikatının olmadığı bildirilir. Həmçinin aparatın qoruyucu və bloklayıcı sistemlərlə təchiz edilməməsinin hadisəyə səbəb olan amillərdən biri olduğu qeyd edilir.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Unimetal MMC-dən məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.
Qeyd edək ki, Unimetal MMC Azərbaycanda metal, polad və dəmir məhsullarının təchizatı və satışı ilə məşğul olan şirkətlərdən biridir.