İşçisi Burak Özçivitin milyonlarını oğurlayıb?

08.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur türkiyəli aktyor Burak Özçivitin işçisinin onun 10 milyon dollarını oğurladığı ilə bağlı xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, aktyor məsələyə sosial media hesabında aydınlıq gətirib.

“Bu gün çıxan xəbərlərdə heç bir həqiqət yoxdur... Xahiş edirəm, yalan xəbər əvəzinə daha dəqiq məlumatlar yayasınız”.

Qeyd edək ki, Türkiyə KİV-də yer alan xəbərlərə görə, uzun illərdir Özçivitin işçisi kimi çalışan bir nəfərin onun təxminən 10 milyon dollar məbləğində pulunu mənimsədiyi deyilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью