İşçisi robot olan ilk 24 saatlıq mağaza AÇILACAQ

08.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Honq-Konqda insan əməkdaş olmadan fəaliyyət göstərəcək ilk 24 saatlıq məhəllə mağazasının açılması planlaşdırılır. Mağazanın idarə olunması tamamilə insanabənzər robot tərəfindən həyata keçiriləcək.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, yeni ticarət məntəqəsi Honq-Konqun Hunham sahil zonasında yerləşəcək və həm sakinlərə, həm də turistlərə bir neçə dildə xidmət göstərəcək. Layihə barədə Honq-Konqun maliyyə katibi Pol Çan məlumat verib. Onun sözlərinə görə, təşəbbüs süni intellekt texnologiyalarının gündəlik həyata inteqrasiyası və onların populyarlaşdırılması strategiyasının bir hissəsidir.

Mağaza təcəssüm olunmuş süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən Çin şirkəti tərəfindən hazırlanır. Bu layihə şirkətin materik Çindən kənarda həyata keçirdiyi ilk layihə olacaq. Alıcılarla “Syao Qay” adlı insanabənzər robot ünsiyyət quracaq. Robot ziyarətçiləri salamlayacaq, onlarla söhbət edəcək, məhsul seçimində kömək göstərəcək və alış prosesini müşayiət edəcək.

Ticarət məntəqəsi sahəsi 9 kvadratmetr olan modul pavilyonda yerləşəcək. Burada qəlyanaltılar, suvenirlər və reseptsiz satılan dərmanlar da daxil olmaqla müxtəlif məhsullar təqdim ediləcək. Layihə Pekinin Haydyan rayonunda fəaliyyət göstərən “Galaxy Space Capsule” mağazasının təcrübəsi əsasında hazırlanıb. Şirkətin məlumatına görə, insanabənzər robot tərəfindən idarə olunan həmin mağaza gündə təxminən 1000 müştəriyə xidmət göstərir.

Şirkət hesab edir ki, bu cür robotlaşdırılmış ticarət məntəqələrinin quraşdırılması yaxın ərazilərdə müştəri axınını 30-40 faiz artıra bilər. Yaxın aylarda 10 şəhərdə ümumilikdə 100 belə modul mağazanın istifadəyə verilməsi nəzərdə tutulur.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью