İşdə çox oturan kişilərin nəzərinə Əgər subaysınızsa... | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. İşdə uzun müddət oturmaq kişilər üçün bir sıra sağlamlıq problemlərinə səbəb ola b
Bu zərərlər həm fiziki, həm də reproduktiv sağlamlığa təsir edir.
Milli.Az bildirir ki, uzun müddət oturaq vəziyyətdə qalmaq qan dövranını zəiflədir, xüsusilə çanaq nahiyəsində qan durğunluğu yarada bilər.
Bu da prostat vəzinin iltihabına (prostatit) səbəb ola və ya bu problemi ağırlaşdıra bilər.
Eyni zamanda, oturaq həyat tərzi sperma keyfiyyətinə də mənfi təsir göstərə bilər.
Testislərin temperaturu normaldan yüksək olduqda sperm istehsalı azalır, uzun müddət oturmaq da bu temperaturun yüksəlməsinə səbəb olur.
Bundan başqa, çox oturmaq piylənməyə, ürək-damar xəstəliklərinə, bel və onurğa problemlərinə (xüsusilə bel yırtığı və fəqərə disklərinin zədələnməsi) gətirib çıxara bilər.
Həmçinin maddələr mübadiləsinin zəifləməsi nəticəsində testosteron səviyyəsində azalma baş verə bilər ki, bu da kişi sağlamlığında əlavə fəsadlara səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu