İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

04.05.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 26-sı Saray qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü paytaxt sakini İlqar Ələsgər oğlu Şəfiyev təmir işləri apararkən yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

İ.Şəfiyev mayın 2-də yerləşdirildiyi xəstəxanada vəfat edib.

Hazırda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью