Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Taleh Quliyev İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Modern.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi vəzifəsinə təyin edilib.
O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində və AZƏRTAC-da çalışıb.
Qeyd edək ki, Taleh Quliyevin bir müddət öncə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı xəbərini də yayımlamışdıq.