İşdən çıxarılan Azər Qasımovdan AÇIQLAMA KONKRET

18.02.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin Mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edilib. 

KONKRET.az xəbər verir ki, manset.az işdən çıxarılan Azər Qasımovun bundan sonra hansı fəaliyyətlə məşğul olacağını öyrənmək üçün onunla əlaqə saxlayıb.

O, açıqlamasında bu barədə danışmaq istəməyib:

“Bu saat kənar yerdəyəm. Nə yazıblar ki? Mən indi çox məşğulam” – deyə Azər Qasımov bildirib.

Daha sonra jurnalistin “Siz ölkəmizin tarixində baş verən böyük hadisələr fonunda mətbuat katibi kimi o qədər də fəal deyildiniz?” sualına Azər Qasımov cavab verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью