İşdən çıxarılan Bakı Metropoliteninin rəisi danışmadı Allah canınızı sağ eləsin

21.12.2024

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

“Qaynarinfo” 60 yaşlı sabiq metro rəisinin bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün ona zəng edib.

Zaur Hüseynov sualları cavablandırmaqdan imtina edib.

“Allah canınızı sağ eləsin. Mənə suallar verməyin. Bütün sualları Bəxtiyar Məmmədova (“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi) ünvanlayın. Sağ olun”, – deyərək telefonu söndürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью