İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ dakı səfiri olacaq?

12.07.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ukrayna hökumətində və dövlət idarəçiliyində gözlənilən islahatlarla bağlı yeni təfərrüatlar məlum olub.
Bizim.Media xəbər verir ki, Yuliya Sviridenkonun Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunacağı gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI: 
Zelenski baş naziri işdən çıxartdı


Bununla yanaşı, yeni Baş nazir postu üçün də namizədlərin siyahısı gündəmə gəlib. Qeyri-rəsmi məlumatlara görə, bu vəzifəyə əsas namizədlər aşağıdakılardır:
Denis Şmıqal – hazırkı energetika naziri (keçmiş Baş nazir);
Mixail Fyodorov – müdafiə naziri;
İqor Terexov – Xarkov şəhərinin meri;
Sergey Koretski – "Naftoqaz"ın İdarə Heyətinin sədri.
Gözlənilən bu genişmiqyaslı kadr dəyişikliklərinin Ukraynanın həm daxili idarəetmə modelini, həm də xarici diplomatik təmsilçiliyini əhəmiyyətli dərəcədə yeniləyəcəyi proqnozlaşdırılır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью