İşdən çıxarılan direktor avadanlıqları söküb, evə apardı

03.09.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Goranboyda 2 saylı tam orta məktəbin sanitar qovşağındakı avadanlıqlar sökülüb.

Sosial şəbəkələrdə həmin avadanlıqları məktəbin sabiq direktoru İlhamə Qasımovanın söküb öz evinə apardığı iddia olunur.

Direktorun vəzifədən azad olunduğu üçün bu əməli törətdiyi bildirilir. Marqarita pizza

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Lent.az-ın soruğusuna verilən cavaba görə, araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur:

"Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur"./Lent.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью