Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Dünən kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən Sarvan Cəfərovla bağlı yeni təyinat gözlənilir.
Bu barədə Modern.az-a hökumətdəki mənbə bildirib.
Əldə etdiyimiz məlumata görə, Sarvan Cəfərovun yüksək vəzifəyə təyinatı məsələsinə baxılır.
Qeyd edək ki, S.Cəfərov 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi olub.
2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi işləyib.
2019-cu ilin noyabrından 2020-ci ilin martına kimi nazirin müşaviri postunu tutub.
2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
A.Qorxmaz