İşdən çıxarılan icra başçısını kim əvəz edir?

31.01.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Modern.az-ın Qaradağ Rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib.
Xatırladaq ki, icra başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılov 16 il idi ki, Qaradağ rayonuna rəhbərlik edirdi.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью