İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi

22.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Kamran Yusifov bir neçə gün əvvəl DGK sədri Şahin Bağırovun əmri ilə vəzifəsindən azad edilib.

Bakıvaxtı.az  "Unikal"a istinadən xəbər verir ki, Balakən Gömrük İdarəsinin rəisi vəzifəsi müvəqqəti olaraq gömrük xidməti polkovniki Rüstəmov Elçin Ədalət oğluna həvalə edilib.

Qeyd edək ki, E.Rüstəmov DGK-nin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью