Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
AZXEBER.COM saytı işdən çıxarılan sabiq icra başçısının qısa tərcümeyi-halını təqdim edir:
Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub.
Ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb.
2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 19 may 2016-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.