İşdən çıxarılanlar kimdir? Nazir açıqladı

18.11.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib.

“AzPolitika” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu fikirlərin səsləndirilməsində məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşə bacarıqlarını kiçiltmək deyil. Bununla belə, o, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin böyük bir hissəsinin orta ixtisas təhsilli olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının mövcud olması ilə əlaqədar formalaşıb. Hazırda isə həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılmasına keçid təmin edilib. Nazir bu dəyişikliklərin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью