Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakı Dövlət Universtetinin (BDU) rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda - Astanada alıb.
“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, E.Babayev noyabrın 18-i Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün oraya yola düşüb.
O, noyabrın 19-u “Hilton Astana” hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edirmiş. Elə iclas vaxtı sabiq rektor işdən çıxarılma xəbərini alıb. Dərhal iclası tərk edərək təcili Azərbaycana qayıdıb.
Faktlar onu göstərir ki, 2-ci müddətə BDU-nun rektoru vəzifəsinə təyin edilən Elçin Babayevin işdən çıxarılması onun üçün müəmmalı olub.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Babayev Astanada həmin forumda BDU-nun təltif olunması ilə bağlı mükafat alacaqmış. O, BDU-nun dosenti, baş müəllim Nərman Süleymanovun ölüm xəbərini eşidən kimi gecə saatlarında təcili Bakıya qayıdıb. Sərəncam yayımlananda isə keçmiş-rektor artıq Bakıda olub.