“İşdən çıxarılmış müəllimlərin yerinə yeniləri təyin edilmir”

10.07.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təxminən 56 mindən artıq müəllimin əməkhaqqısı artırılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil"  mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib. 

“İşdən azad edilmiş müəllimlərin yerinə yeni müəllimlər təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur. Hər bir müəllim bilməlidir ki, əgər məktəbdə, məsələn, 28 müəllim varsa, bu halda əməkhaqqı yüksək olmayacaq. Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir”, - deyə, nazir vurğulayıb.

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью