Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
TƏBİB özünə xəsarət yetirən qadının son vəziyyəti ilə bağlı məlumat yayıb.
"Unikal" xəbər verir ki, 11.04.2025-ci il tarixində saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
**** 10:29 Gəncə Dövlət Universitetində qadın özünə kəsici ailətlə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Günay Məmmədova qolunun kəsilmiş-cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib.