Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yay aylarında İsveçrənin paytaxtında insanlar evə qayıtmaq üçün qeyri-adi üsula üstünlük verirlər.
Musavat.com xəbər verir ki, İsveçrənin paytaxtı Bern şəhərində yay mövsümündə bir çox sakin əşyalarını su keçirməyən xüsusi torbalara yerləşdirərək Aare çayına daxil olur. Güclü axın onları demək olar ki, evlərinin yaxınlığına qədər aparır.
Bu qeyri-adi ənənə həm yerli sakinlər, həm də turistlər arasında böyük maraq doğurur. Aare çayında üzərək evə qayıtmaq Bernin yay həyat tərzinin simvollarından biri hesab olunur.