İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib

05.06.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 378,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitin 93 faizi əməkhaqqı, 7 faizi isə müavinət və kompensasiya, zərərə görə ödənclər olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 53 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyəəsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью