“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” Rektor

05.09.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mən demək olar ki, işə çıxmıram. Universiteti uşaqlar özləri idarə edirlər”. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev deyib.

O, buna səbəb olaraq havaların isti olmasını göstərib.

Universitetdə fəaliyyətini hələ ki davam etdirdiyini söyləyən rektor ali məktəbə az-az getdiyini vurğulayıb: “Uşaqlar ordadır da, universiteti özləri idarə edirlər. Universiteti isə təqaüdə çıxmaq üçün yox, işləmək üçün yaratmışıq”.

Səhhəti barədə isə söz açan Ə.Vəliyev deyib ki, problem qocalıqla bağlıdır: “Səhhətimlə bağlı müalicələr gedir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью