İşə düzəlmək istədiyi gözəllik salonunu qarət etdi | Icma.az
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir. Rusiyanın paytaxtında 24 yaşlı qadın oğurluq ittihamı ilə saxlanılıb.
Hadisə Butırskiy Val küçəsində yerləşən gözəllik salonunda baş verib.
AzPost xəbər verir ki, məlumata görə, şübhəli şəxs əvvəlcə həmin salona işə düzəlmək bəhanəsi ilə gəlib.
İşə qəbul olunmasa da, o, giriş qapısının kodunu öyrənib. Gecəyarısı isə bu fürsətdən istifadə edərək salona daxil olub.
Qadın administrator masasından pul və bəzək əşyalarını götürərək qaçıb. Ümumi zərər 180 min rubl olaraq qiymətləndirilib.
Bir müddət sonra polis tərəfindən saxlanılan şübhəlinin barəsində ölkədən çıxmamaq haqqında iltizam tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir. AzPost.az Paylaş Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu