İşə düzəltmək adı altında dələduzluq edən şəxs tutulub

09.09.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib.

APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt ərazisində və Abşeron rayonunda ayrı-ayrı vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью