Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
İşlə təmin edəcəyinə dair vəd verməklə qohumlarına qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 2 ay 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İş materiallarından məlum olur ki, Ü.Ə. qohumlarından birinə onu "Euro Klima” şirkətində işlə təmin edəcəyinə söz verib. Daha sonra bankdan onun adına 3500 manat kredit müqaviləsi rəsmiləşdirib. Həmçinin zərərçəkmişin adına "Kontakt Home” mağazasından isə 4899 manat dəyərində noutbuk kreditə götürüb.
Ü.Ə. qohumunu inandırıb ki, kreditlər işə düzələcəyi şirkət tərəfindən ödəniləcək. O, digər qohumunu da oxşar üsulla aldadaraq onun adına 12 000 manat kredit rəsmiləşdirib.
Qohumlar aldadıldıqlarını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə zamanı Ü.Ə. özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.
Seyid