İşə gecikənlərə kompensasiya veriləcək Video

18.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC qatarların gecikməsinə görə sərnişinlərə pul kompensasiyası ödəyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov məlumat verib.
Qaydalara əsasən:
- gecikmə 1 saatdan 2 saatadək olduqda, biletin qiymətinin 25%-i;
- 2-4 saat olduqda 50%-i;
- 4 saatdan çox olduqda 100%-i tam olaraq sərnişinə geri qaytarılacaq.
“Burada vacib məqam ondan ibarətdir ki, gecikmə ADY-nin təqsiri ucbatından baş versin. Bu qərar sərnişin hüquqlarının qorunması və dəmir yolu xidmətinin keyfiyyətinin artırılması baxımından mühüm addımdır”, - deyə ekspert qeyd edib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью