İşə gedə bilmirik : Abşeronda güclü yağış fəsadlar törətdi

17.04.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunun Məhəmmədəli kəndində yerləşən Nəriman Nərimanov küçəsində yağan güclü yağışdan sonra evlərin həyətlərini və küçələri su basıb.

Sakinlərin BAKU.WS-ə verdiyi məlumata görə, yaranan vəziyyət nəqliyyatın hərəkətinə və insanların işə getməsinə ciddi maneə yaradıb. Qeyd olunur ki, bəzi vətəndaşlar səhər saatlarında evlərini tərk edə bilməyib.

Sakinlər uzun müddətdir bu problemin mövcud olduğunu və hər yağıntıdan sonra eyni mənzərə ilə qarşılaşdıqlarını bildirirlər. Onlar problemi aradan qaldırmaq üçün tədbir görülməsini tələb edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью