İşə necə götürüldüyünü sizə niyə deməliyəm? FHN dən Niyaməddin Musayevin qızıyla bağlı cavab

27.01.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son günlər yerli mediada Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayevanın fəaliyyəti ilə bağlı xəbərlər geniş yer alıb. 

Məlumata görə, Röya Musayeva uzun müddət Fövqəladə Hallar Nazirliyində (FHN) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Bundan əvvəl bəzi mətbuat orqanlarında onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, daha sonra bildirilib ki, Röya Musayevanın hərbi rütbəsi yoxdur. Bu gün isə onun vəzifəsindən azad edilməsi haqqında məlumat yayılıb.

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətdən təsdiqləyiblər.Röya Musayeva Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Onun uzun müddət xaricdə – Kanadada yaşamasına baxmayaraq, FHN-də baş məsləhətçi vəzifəsində çalışması cəmiyyətdə müzakirələrə səbəb olub. 

“Cebheinfo.az” məsələni aydınlaşdırmaq üçün FHN ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Ehtiram Xəlilov bildirib ki, bu, vətəndaşın şəxsi məlumatıdır:

“Xanım illər əvvəl öz ərizəsi ilə işdən azad olunub. Necə il əvvəl işdən çıxdığı barədə deyə bilmərəm, vətəndaşın şəxsi məlumatıdır. Vətəndaşın işə necə, hansı formada qəbul olunduğunu sizə niyə deməliyəm ki? Xanım hərbi rütbə daşımır. Vətəndaşın şəxsi məlumatlarını sizə niyə verməliyəm ki?”

Fidan
“Cebheinfo.az”

Açar sözlər: Niyaməddin Musayevin qızı Ehtiram Xəlilov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью