Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Bakı Prosesi müxtəlif mədəniyyət və elm nümayəndələrini bir araya gətirir.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Sivilizasiyalar Dialoqu Mərkəzinin (ISECO) direktoru Xaled Fasalrahman 27–29 oktyabr tarixlərində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Bakı Prosesi son 20 il ərzində müxtəlif mədəniyyət və elm nümayəndələrini bir araya gətirən ardıcıl platformaya çevrilib.
Fasalrahman qeyd edib ki, builki Forumda əsas diqqət qlobal məsələlərin həllində dialoqun, multikulturalizmin, sülh və təhlükəsizliyin əhəmiyyətinə yönəldiləcək.
Onun sözlərinə görə, Forum çərçivəsində yeni konsepsiyalar və müasir problemlərin həlli yollarının araşdırılmasına həsr olunan simpozium da keçiriləcək. Burada sivilizasiyalar və nümayiş, eləcə də gələcəyi qabaqcadan görmənin yeni yanaşmaların formalaşdırılmasında rolu müzakirə olunacaq.
Fasalrahman Forumun keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Frankfurt Kitab Sərgisində həyəcan təbili: Süni intellekt yazıçını əvəz edəcək? Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı