Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vətəndaşlar arasında əmək münasibətləri ilə bağlı ən çox verilən suallardan biri də işəgötürənin əməkhaqqını neçə gün gecikdirə bilməsi ilə bağlıdır.
Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, qanunvericilikdə işəgötürən üçün əməkhaqqının ödənilməsində ayrıca “gecikdirmə müddəti” nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, əməkhaqqı işçiyə ayda ən azı bir dəfə ödənilməlidir. Tərəflərin razılığı ilə əməkhaqqı iki hissəyə bölünərək, avans və qalan məbləğ şəklində ayda iki dəfə də verilə bilər. Bu halda ödənişlər arasında müddət 16 gündən çox ola bilməz.
Hüquqşünas qeyd edib ki, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilərsə, qanun işçinin xeyrinə əlavə təminat da müəyyən edir.
Belə ki, Əmək Məcəlləsinə əsasən, əməkhaqqının ödənilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmadıqda, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.
Orxan