İşəgötürənlər üçün maarifləndirici vebinar təşkil ediləcək

31.03.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi tərəfindən əmək qanunvericiliyində edilmiş son dəyişikliklərə dair işəgötürənlərin məlumatlandırılması məqsədilə vebinar təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vebinar aprelin 21-i saat 11:00-də keçiriləcək.

Vebinarda iştirak etmək istəyən işəgötürənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью