ISESCO nun Baş direktoru Salim bin Məhəmməd əl Malik Prezident İlham Əliyevi təbrik edib

02.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan, Sizə cansağlığı və səadət, xalqınıza sərhədsiz tərəqqi və firavanlıq bəxş etməyi Uca Allahdan diləməkdən böyük məmnunluq duyuram. Allah bizə Öz rəhmətini bəxş etsin. Bütün müsəlman ümmətinin nəsibi sülh və əmin-amanlıq olsun.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью