İsfahan Həsənov finalda YENİLƏNİB

27.07.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Türkiyə təmsilçisi Abdulxaliq Balı ilə qarşılaşıb.

Həsənov rəqibini 5:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Təmsilçimiz bu mərhələdə Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.

O, sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, İsfahan Həsənov təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0, 1/8 finalda isə polşalı Şimon Trederi sonuncu xal prinsipinə əsasən 1:1 hesabı ilə üstələmişdi. U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Dünya çempionatı: 5 güləşçimiz mübarizəyə başlayır Dünya çempionatında ilk rəqiblər müəyyənləşib Dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edəcək Ermənistan güləşçiləri Azərbaycana gəlir Hacı Əliyev: “Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью