İşğal olunan Sevastopolda benzin tamamilə qurtardı

11.06.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İşğal altındakı Krımda yanacaq böhranı pik həddə çatıb.
Bizim.Media xəbər verir ki, Sevastopolun rusiyalı "qubernatoru" Mixail Razvojayev yerli sakinləri yanacaqdoldurma məntəqələrində növbəyə durmamağa çağırıb.
O bildirib ki, ötən gecə şəhərə benzin daşıyan maşınlar gəlməyib, bu səbəbdən də yanacaq alışı üçün yeni QR-kodların verilməsi müvəqqəti olaraq dayandırılıb.
Razvojayevin sözlərinə görə, hazırda şəhərdəki TES şəbəkələri yalnız kommunal xidmətlər, təcili tibbi yardım, güc strukturları və ictimai nəqliyyatın avtomobillərini yanacaqla təmin edəcək.
"Qubernator" şəhərə növbəti yanacaq partiyasının nə vaxt gətiriləcəyi barədə dəqiq məlumat verməyib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью