Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan türklərinin imperiyaları dağıldıqdan sonra torpaqlarında irili-xırdalı dövlətlər quruldu.
Bu zaman türklərin tarixi, qədim yurd yerləri də parçalandı. Ayrı-ayrı ölkələrin tərkibinə qatıldı.
Azərbaycana aid həmin ərazilərdə bölgəyə aidiyyəti olmayan gəlmə, köçürülmə etnik qruplara aid dövlətlər quruldu.
Bununla da Azərbaycanla Türk dünyası, özəlliklə tarixi Osmanlı dövləti, onun varisi Türkiyə ilə sərhədlərdə türk düşmənliyi edənlər üçün bufer dövlətlər qurulub.
Həmin torpaqlar Azərbaycandır. Çünki oraların da əsl sakinləri, avtoxon xalqı türklərdir.
Bunu isə yer, coğrafi adlar, arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallar, qədim tarixi mənbələr, daş kitabələr və başqa vasitələr təsdiqləyir.
XIX əsrdə Rusiyanın Azərbaycanı işğalı ilə torpaqların parçalanması, işğalı çox geniş miqyasda davam edib.