İşğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn Fotolar

04.07.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Birinci Qarabağ müharibəsində itkin düşən üç Kəlbəcər sakininin qalıqları ailələrinə təhvil verilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Kəlbəcər rayonunun Taxtabaşı kənd sakinləri olan hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlunun qalıqları Kəlbəcər şəhərinə gətirilib.
Şəhidlərlə vida mərasimi keçirilib və onlar Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediliblər.
Bu, işğaldan azad ediləndən sonra Kəlbəcərdə ilk dəfn mərasimidir.
Qeyd edək ki, hər üç şəxs 1993-cü il martın 27-də Kəlbəcərin Çıraqlı kəndi istiqamətinfə itkin düşüblər.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью